Xidmet Tikinti Uzre Senedlerin Hazirlanmasi
Xidmətlərimiz

Tikinti üzrə sənədlərin hazırlanması

Tikintinin bütün mərhələləri üzrə icraat və təhvil sənədlərini işlərin gedişatı ilə eyni vaxtda hazırlayır və rəsmiləşdiririk.

Sənədləşmə tikintinin görünməyən, lakin ən həssas hissəsidir: işlərin faktiki həcmi, istifadə olunan materialın keyfiyyəti və gizli qalan konstruksiyalar yalnız düzgün tərtib edilmiş sənədlə sübut olunur. Buna görə sənədləşməni sonraya saxlamırıq: təhvil mərhələsində geriyə qayıdıb hansısa qeydi bərpa etmək ehtiyacı yaranmır.

Hazırladığımız sənədlər

  • İcraat sənədlərinin aparılması: gizli işlər üzrə aktlar və iş jurnalları
  • Faktiki iş həcmləri üzrə aktlar və hesablamalar
  • Material və avadanlığa dair sertifikat, pasport və keyfiyyət sənədlərinin toplanması
  • Sınaq, yoxlama və pusknaladka protokollarının rəsmiləşdirilməsi
  • İcra (as-built) çertyojlarının hazırlanması və faktiki vəziyyətlə uzlaşdırılması
  • Təhvil-təslim üçün yekun sənəd paketinin komplektləşdirilməsi

Sənədlər sifarişçinin, layihəçinin və nəzarət orqanlarının tələb etdiyi formada təqdim edilir. Bu, obyektin qəbulunu sürətləndirir və sonrakı istismar dövründə yaranan sualları sənədlə cavablandırmağa imkan verir.