Xidmətlər
Layihəniz üçün bizimlə
əlaqə saxlayın
əlaqə saxlayın

Xidmətlərimiz
Tikinti işlərin menegmenti
Tikinti prosesinin bütün mərhələlərini sifarişçi adından planlaşdırır, əlaqələndirir və gündəlik nəzarətdə saxlayırıq, qrafiki büdcə ilə birlikdə idarə edirik.
«Ayta Construction» 2004-cü ildən yaşayış kompleksləri, hava limanları, otellər, ticarət və logistika mərkəzləri kimi iri obyektlərdə fəaliyyət göstərir. Tikinti menecmenti xidməti sifarişçiyə layihəni vahid mərkəzdən idarə etmək imkanı verir: iş qrafiki, büdcə, keyfiyyət və təhlükəsizlik bir məsul tərəfin əlində toplanır, qərarlar isə gecikmədən qəbul edilir.
Xidmətin əhatə dairəsi
- Tikintiyə hazırlıq mərhələsinin planlaşdırılması və iş qrafikinin qurulması
- Büdcənin izlənməsi, smeta nəzarəti və dəyişikliklərin idarə olunması
- Subpodratçıların seçimi, işə cəlb edilməsi və gündəlik əlaqələndirilməsi
- Hər mərhələdə keyfiyyətə nəzarət və görülən işlərin qəbulu
- HSSE — sağlamlıq, təhlükəsizlik və ətraf mühit tələblərinə riayətin təmin edilməsi
- Sifarişçiyə mütəmadi hesabat və işlərin gedişatı barədə məlumatlandırma
Hər tikinti mərhələsində iş qrupları ilə digər podratçılar arasında əlaqə və uyğunlaşdırma bizim tərəfimizdən aparılır. Tələb olunduqda layihə üzrə təşkilati struktur sxemi sifarişçiyə təqdim edilir.